Ramiz Əzizbəyli: "Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq"



“Bir aydan çoxdur Türkiyədən Bakıya qayıtmışam, hələ də müalicə alıram. Əlimin-ayağımın tam açılmağı üçün vaxt lazımdır”.
 

Live.az məlumatına görı, bunu APA-ya açıqlamasında xalq artisti Ramiz Əzizbəyli deyib: "Noyabrın 27-dən Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında müalicə alıram. Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq. Mən də buna inanıram, gözləyirəm. Bu xəstəlik elədir ki, birdən sağalmaq olmur. Tam ayağa qalmaq, rahat gəzmək üçün zaman lazımdır. İndi əsanın köməkliyi ilə özümü idarə edirəm. Hələ nə qədər burda yatacağam, müalicələr nə qədər çəkəcək, onu bilmirəm. Hər şey həkimlərdən, müalicələrdən asılıdır”.
 

Qeyd edək ki, Ramiz Əzizbəyli ötən il beyin insultu keçirib. O, uzun müddət İstanbulda müalicə olunub.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57