Bu gün Dünya Çempionatının püşkü atılacaq [Yenilənir]



Bu gün 2018-ci il futbol üzrə dünya çempionatının əsəs mərhələsinin püşkatma mərasimi keçiriləcək.


LİVE.AZ-ın məlumatına görə, Dövlət Kreml Sarayında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünəcək.

I səbət: Rusiya, Braziliya, Almaniya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa.
 
II səbət:  İspaniya, Peru, İsveçrə, İngiltərə,  Kolumbiya,  Meksika, Uruqvay, Xorvatiya.

III səbət Danimarka,  İslandiya,  Kosta-Rika,  İsveç,  Tunis, Misir, Seneqal, İran.
 
IV səbət: Serbiya Nigeriya Avstraliya  Yaponiya Mərakeş Panama Cənubi Koreya, Səudiyyə Ərəbistanı.


Püşkatma mərasimində iştirak etmək üçün Beynəlxalq Futbol Federasiyasının (FİFA) Prezidenti Canni İnfantino artıq Moskvaya gəlib.


Rusiya prezidenti mərasimdə salamlama nitqi ilə çıxış edəcək.


Püşkatma mərasimindı dünyaca məşhur ulduzlar qatılacaq: Maradonna, Kanavaro, Kafu, Loran Blan, Forlan, Puyol və s.


Aparıcılardan birnin isə Harri Liniker olacaq.


Tədbir saat 19:00 başlayacaq və bir çox telekanalda canlı yayımlanacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri