Prodüser Tolik və müğənni Abbas Bağırov inciklidilər



Prodüser Tarix Əliyevlə (Tolik) əməkdar artist Abbas Bağırov küsülüdülər.


LİVE.az xəbər verir ki, bu barədə Tolik (Tarix Əliyev) "Hər şey daxil" verilişində açıqlama verib:


 

"Abbas Bağırovun xətrini çox istəyirdim, amma indi onunla danışmıram. Bu yaxınlarda bir toyda məni gördü, yanına çağırdı. Mən də ona öpüş göndərib, "yox" dedim. Çünki mən səmimi dostluğu sevirəm. Dostuma görə hər şeyi edirəm. Onun yaxşı günündə yox, pis günündə yanında olaram. Allah Abbasa pis gün göstərməsin, amma səmimiyyət yoxdursa... Deyirmiş ki, filan şeyi Tolik bilməsin... Ona görə də yalandan el arasında "Abulum, totum-motum" etməsini istəmirəm. Allah hamının ruzisini versin. Siz guya olmasanız mən öləcəm?".


Xatırladaq ki, iki məşhurun küsülülüyü ciddi deyil. Bir neçə gün öncə, Tolik canlı yayımda Abbasın toy aparmasının qiymətini açıqlayıb, dolayı yolla ona reklam edib.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53