Nadir Qafarzadə: "Övladlarıma toxunmayın"

 

Müğənni Nadir Qafarzadə ona övladları ilə bağlı sual ünvanlayanlara ultimatum göndərib.


 Açıqlama verən ifaçı bildirib ki, daha ona övladları ilə bağlı sual verməsinlər: “Bəziləri mənim açıqlamamdan şou düzəldir. Övladlarımla bağlı mənə sual ünvanlayırlar ki,  oğlunuzu nə vaxt evləndirirsiz? Kiminsə qapısına elçi getmisiniz? Artıq bu suallardan bezmişəm. Adama bir sualı nə qədər verərlər? Mən hələ oğluma görə kiminsə qapısına elçi getməmişəm. Amma gələcəkdə özü kimi istəyəcəksə, onu da alacaq. Onların şəxsi seçimlərinə qarışmaram. Özlərinə də demişəm, kimi istəyərlərsə, mən də bir ata kimi razı olaram. Amma sizin vasitənizlə xahiş edirəm ki, övladlarımla bağlı mənə sual verməyin. Çünki mən şou aləmindəyəm, onlar yox! Övladlarıma toxunmasınlar. Onlardan yazmasınlar. Düşünürəm ki, bu istəyimi nəzərə alacaqsınız”.  

 
Daha sonra yaradıcılıq işlərindən danışan N.Qafarzadə bildirib ki, ifa etdiyi "Million roza" adlı mahnıya Şamaxıda klip çəkdirib. O bildirib ki, bu onun mövsümdə ilk klipidir: “Bu günə qədər bir çox klipim lentə alınıb. Amma belə bir şey ilk dəfə oldu. Çünki bu ekran işini qarda çəkilməsi öncədən nəzərdə tutulmamışdı. Klipi çəkəcəyimiz məkana gedəndə gördük ki, qar yağıb. Biz də elə bu klipi qarlı havada lentə aldırdıq. Bu ekran işinin təqdimatını yaxın müddətdə  “APA TV”-nin “Show time” verilişində edəcəm. Məncə, çox fərqli iş alınıb”.









 

lent.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53