Oksana döyülməsi xəbərindən yenə danışdı


Rəqqasə Oksana Rəsulova reper Elşad Xose tərəfindən döyülməsi xəbərinə ilk dəfə münasibət bildirib.

Rəqqasə "ATV maqazin"ə "İkinci Pərdə"nin qala gecəsində açıqlama verib.

"Mən öz pulumu qazanan qadınlardanam. Durumum əladır. Bu söz-söhbətlərə görə suallar məni qıcıqlandırır. Bunun üçün də mən şəhəri tərk edəsi oldum, hətta telefonumu da söndürdüm. Bu barədə susdum və indi də susuram. Hamı hər şeyi gözəl bilir. Güya mən bıçaqlanmışam, bunların hamısı boş şeydir".

Rəqqasə Elşad Xoseyə qanunla cavab verdiyini deyib.

Qeyd edək ki, bir müddət əvvəl Elşad Xosenin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb. Xəbərdə bildirilir ki, reper rəqqasə Oksana Rəsulovanın şikayətindən sonra məsuliyyətə cəlb olunub.

 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53