Nigar Camal ailə qurmaq istəyir


"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı, Azərbaycana "Avroviziya" yarışmasında qələbə qazandıran müğənni Nigar Camal olub.

Müğənni Nigar Camal üçün "Avroviziya" ərəfəsində baş tutan hazırlıq mərhələsi o qədər peşəkarcasına olub ki, ifaçı həmin anların təsirindən indi də çıxa bilmir.

""Avroviziya" ərəfəsində, 3 ay ərzində baş tutan hazırlıq zamanı tam başqa bir həyat yaşayırsan. Ulduzlu bir həyat yaşayırsan. Böyük bir komanda işləyir səninlə.

Hər gün dərslərin var: aktyorluq dərsləri, vokal dərsləri, xareoqrafiya, media dərsləri. 3 ay ərzində o həyata o qədər öyrəşirsən ki, sonra çətin olur. Həmin müddət ərzində yanında psixoloq və köməkçilərin olur".

Hər gün harasa uçurduq, gəlirdik konsert verirdik, səhər yenə uçurduq. 4-5 ay sonra mən övladlarımı da götürüb istirahətə getdim. Elə xoşbəxt idim ki".

Çəkildiyi filmdən danışan Nigar ekran işinin çəkilişləri yay mövsümündə olduğu üçün övladları ilə bağlı vaxt ayırma baxımından heç bir problem yaşamayıb:

"Dekabr ayında filmimizin qala gecəsi olacaq. İlk dəfədir ki, bu filmdə baş rolu canlandırıram. Bundan öncə Türkiyənin "Yahşi cazibe" serialında rol almışdım. İlk dəfədir ki, kinokomediyada baş rolu ifa edirəm. Çox istərdim ki, insanların xoşuna gəlsin.

Görüşdüm, ssenari ilə bağlı danışdım. Mənə maraqlı gəldi. Əvvəl çəkilməyə elə də əmin deyildim. Çəkilişlər yarım ay davam etdi. Yay mövsümü idi. Yayda da uşaqlarım Bakıda olurlar. Burda uzun müddət elə həmin ərəfədə qalıram".

Sevmədiyi insanla heç bir zaman ailə qurmayacağını xüsusi vurğulayan müğənni xoşbəxt olacağını düşündüyü şəxslə evlənəcəyini açıqladı.

"Mənim üçün münasibət çox önəmlidir. Əgər münasibət qursam, gərək həmin adam sevdiyim insan olsun. Sevmədiyim insanla heç bir zaman münasibət qurmaram.

Qarşıma sevəcəyim insan çıxsa, mənə qarşı hörməylə yanaşsa, həmin insanla xoşbəxt olsam, onunla ikinci dəfə ailə quraram.

Çox istərdim ki, evlənəcəyim adam azərbaycanlı olsun. Ona görə ki, eyni mədəniyyətə aid olarıq, eyni ölkədə yaşayarıq".

Müğənni yenidən ana olmaq istəyini də gizlətməyərək, ikinci dəfə ailə qurmaq istədiyini bildirib:

"Ana olmaq ən gözəl hissdir. Çox istərdim. Gələcəkdə üçüncü dəfə ana olmağı düşünürəm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.



 


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53