Xatun Elşadın Oksananı döyməsi haqda danışıb

 


"Maşın" şou zamanı müğənni Xatun Əliyeva ilə reper Elşad Xose arasında qalmaqal yaşanmışdı.

Bu qalmaqala Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova da qarışmış, Xatunun ünvanına tənqidlər səsləndirmişdi.

Bir neçə həftə əvvəl Oksana Elşadın onu döyməsi və bıçaqla hədələməsini deyərək, polisə şikayət etmişdi.

Xatun sənətçilər arasında baş verən bu davaya münasibət bildirib. Müğənni Oksanaya acıq verərək, Elşadla vidosunu paylaşıb və bu sözləri yazıb:
"Günahkarın tərəfini tutan, bəs bilmədin ki, o günahkar sənə də xəta yetirəcək? Bəzən susarsan, Allah sənin yerinə cəzalarını verər. Həmd olsun yerin-göyün sahibinə. Heç kəsin haqqına girməyin. Bilib-bilmədən danışmayın. İlahi ədalət... Ünvanlıdır".

Qeyd edək ki, Oksana Xatunun ünvanına "Mənim sənin qədər işçim var" nə cümlədir? Xatun, sənin Elşad Xosenin dırnağı qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Kimi işçidir, kimi qulluqçu. Adama deyərlər, belə pulun var, lap yaxşı, lovğalanmaq lazım deyil. Belə hünəriniz çatırdısa, əlinizi götürüb gedərdiniz. Orada boş-boş danışıb, aranı qızışdırmaq lazım deyildi. Ən zəhləm gedən şey yalan və haqsızlıqdır. Elşada dəstəyəm, nə deyir, düz deyir"sözlərini söyləmişdi.



Axşam.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53