Pərviz Bülbülə və Damla bir daha duet oxumuyacaqlar [Video]



Meyxanaçı Pərviz Bülbülə müğənni Damla ilə bir daha duet oxumayacaq.


Live.az-ın məlumatına görə, söz ustası bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb. O, bildirib ki, onu Damlayla birgə toylara dəvət etsələr də, bundan imtina edir: “Damlayla duetlərin ardı olmayacaq. Axır vaxtlar onunla oxumuram. Neçə məxlislər, şənliklər düşüb, onunla birgə iştirakdan imtina etmişəm. Bu o demək deyil ki, onunla münasibətim bərbaddır. Ona sənətində uğurlar arzu edirəm. Yəqin ki, bir daha duet oxumayacağıq”.


P.Bülbülə onu da əlavə edib ki, artıq özünə yeni duet ortağı tapıb: “Artıq yeni duet ortağımın adı da bəllidir. Türkan Vəlizadə. Yaxşı səsi var, istedadlıdır. Bir-iki duetim də onunla alınıb. Moskva şəhərində də onunla konsertdə oxuduq. Mən şəxsən ona köklənmirəm ki, kimsə mənlə oxusun, mən gözə girim. Əksinə, mənim duet oxumaqda məqsədim odur ki, yanımdakına kömək edim. Guya mənimlə kimsə oxumasa, mən Pərviz olmayacam? Xoruz yox idi, səhər açılmırdı?”.


шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Röya "Altın Kelebek" aldı

  • 10 дек, 23:23