İranda zəlzələ nəticəsində ölənlərin sayı 400 nəfəri keçib



İranda zəlzələdə ölənlərin sayı artır.
 
APA-nın İRİNN-ə istinadən verdiyi məlumata görə, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 407-yə çatıb.
 
6700-dən çox adam isə yaralanıb.

///

İranda zəlzələ nəticəsində 205 nəfərdən artıq insan həlak  olub


///


İranda zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.
 
Live.az-ın məlumatına görə, bu barədə APA  “Fars” agentliyinə istinadən xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.
 
İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.


///

İranda baş verən zəlzələ nəticəsində 30 nəfər ölüb, 200 nəfər xəsarət alıb.
 
Bu barədə İranın dövlət televiziyası məlumat verib.
 
“Təbii fəlakət 30 nəfərin həyatına son qoyub, 200 nəfər xəsarət alıb”, deyə Kermanşah əyalətinin rəsmisi bildirib.
 
Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.



///


İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub


İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub.
 
Zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə  hiss olunub.
 
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.
 
Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.

///

İraqda zəlzələ zamanı azı 1 nəfər ölüb, 100 nəfər yaralanıb

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İraqda 1 nəfər ölüb, 100-dək insan xəsarət alıb.
 
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə tibb sahəsindəki mənbə bildirib.
 
Onun sözlərinə görə, 60 nəfər Hanakində, daha 40-ı isə Balad Ruz şəhərində yaralanıb.
 
Bundan əvvəl “Sky News Arabia” telekanalı İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 6 nəfərin öldüyünü bildirib.


////


İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.
 
Bu barədə  Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
 
Yeraltı təkanların episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri