DÇ-2018-in pley-off mərhələsində İsveç yığması İtaliyanı məğlub edib



DÇ-2018-in seçmə mərhələsinin daha bir pley-off oyunu keçirilib.

Günün yeganə qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəliblər.
 
Dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundiala həsrət qala bilər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya artıq bir dəfə işini çətinə salıb.
 
Bu oyunda isə İsveç doğma meydan amilindən yararlanaraq minimal hesablı qələbəyə sevinib. Yohansenin vurduğu qol matçda yeganə olub.
 
Əgər cavab oyununda da skandinaviyalılar İtaliyanı dayandıra bilsə, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komanda olacaq ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.
 
DÇ-2018, pley-off oyunları
Avropa zonası
İlk oyunlar
10 noyabr
 
İsveç – İtaliya - 1:0
Qol: Yohansson, 61
Şərhlər
İdman bölməsinin xəbərləri