“Kamran Samirə dedi ki, heç 35 qəpik də qaytarmayacaq…”



Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı “pul davası” iki ildən çoxdur bitmək bilmir. Sonuncu dəfə K.Həsənlinin mətbuat konfransı keçirirək səsləndirdiyi fikirlər məsələni yenidən gündəmə gətirib.

Live.az xəbər verir ki, S.Piriyevin vəkili Ceyhun Yusifov da həmin iddialara münasibət bildirmək üçün qafqazinfo-ya açıqlama verib.

C.Yusifov qeyd edib ki, K.Həsənlinin 2 ildən sonra belə arxayın danışması və mətbuat konfransı keçirməsinin səbəbləri var: “Bir müddət öncə Kamran Həsənli vasitəçi göndərərək puldan 35 min manat qaytarmağı təklif etmişdi. İstəyirdi ki, Samir Piriyev şikayətini geri götürsün, qalanını da 6 ay ərzində ödəsin. Samir də razı olmadı, dedi bu dəfə də məni aldadacaq.

Ondan sonra Kamran kimlərinsə qəbullarına düşməyə başladı. İndi Samirə söz göndərib ki, “daha sənə heç 35 qəpik də verməyəcəm, mən işimi həll etdim”.

Qeyd edək ki, S.Piriyev Nərimanov RPİ-yə şikayət edərək K.Həsənlinin ondan 85 min dollar alıb qaytarmadığını bildirib. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb. K.Həsənlinin ölkədən çıxışına qadağa qoyulub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53