Niyam sənətini dəyişməsindən danışdı: “Saç ustası işləyərəm”

Niyam sənətini dəyişməsindən danışdı: “Saç ustası işləyərəm”



“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.


Live.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Niyam Salami olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O bildirib ki, səsi tutulsa, başqa sənətdən pul qazana bilər: “Uğuru nümayiş elətdirmək üçün istedad lazımdır. İstedadı da Allah verir. Oxuyub hər kəs ola bilərsən, amma sənətçi olmaq Allah vergisidir. Hər adam veriliş idarə edə, veriliş apara bilməz. Mən dulusçuluq sənətini bilirəm. Sənətimdə, səsimdə problem ola bilər. Dədə-baba sənətimlə məşğul olaram. Gözəl bacaracağıma inanıram. Çünki hər bir sənətə gözəlliyi ilə yanaşıram. Heç bir zaman “eş” demirəm. Məsələn yaxşı saç düzəldə bilirəm. Bir az da kursa gedib, bu sənəti tam öyrənib, saç ustası da işləyə bilərəm”.


Onu da əlavə edək ki, verilişin digər qonağı müğənni Fidan Süleymanova olub.


Qeyd edək ki, “Dostlar” verilişi həftənin bazar günləri saat 20:00-da “Lider TV”-də yayımlanır.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri