""Maşın" şou: Xanımlar vs Cənablar": Vüsalə Əlizadə meyxanaçını uzaqlaşdırdı

""Maşın" şou: Xanımlar vs Cənablar":  Vüsalə Əlizadə meyxanaçını uzaqlaşdırdı



Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu növbəti iştirakçı tərk edib.


Live.az xəbər veri ki, şounun növbəti günü iştirakçılar müğənni Vüsalə Əlizadəni SMS səsverməsinə çıxarıblar.


O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib. Amma hədəfini hələlik açıqlamaq istəmədiyini bildirib. Hədəfində bir neçə nəfərin olduğunu deyən Vüsalə Əlizadə xanımlarla yarışmaq istəmədiyini bildirib.


Meyxanaçı Vüqar Vüsalədən hədəfini açıqlamasını istəyib, əks halda ona qarşı oynayacağını bildirib və belə də edib.


Sonda 56,44 faiz səs toplayan Vüsalə Əlizadə Vüqarı oyundan uzaqlaşdırıb. Aparıcı bildirib ki: "Vüqar ən çox səmimiyyət axtaran iştirakçı Vüqar idi. Vüqar buranı bəyənmirsənsə, gəl".


Meyxanaçı Vüqar oyunu tərk etdi.


Qeyd edək ki, şouda 4 cənab və 4 xanım qalıb. Şounun final mərhələsinə yalnız 3 nəfər qala bilər.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri