Tramp ABŞ-ın İrana qarşı yeni strategiyanı elan edib

Tramp ABŞ-ın İrana qarşı yeni strategiyanı elan edib


Prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib.

Vaşinqtonda çıxış edən D.Tramp növbəti dəfə İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.

ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

Tramp həmçinin İrana qarşı, terrorun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Qeyd edək ki, ABŞ prezidentinin çıxışından bir neçə dəqiqə əvvəl ölkənin Maliyyə nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri