Yeni naziri təyin olunub

Yeni naziri təyin olunub



Azərbaycan prezidenti İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub.

1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabr ayınadək Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri