İlqar Xəyal buna görə efirlərə çıxmırmış

İlqar Xəyal buna görə efirlərə çıxmırmış



Azərbaycanlı müğənni İlqar Xəyal xeyli vaxtdır efirlərə çıxmamasının səbəbini açıqlayıb.

Live.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, verilişlərdə ona xoş olmayan suallar ünvanlanır: “Çox gəzən çox bilər deyiblər. Dünya görüşü, təhsil bizim həyatımızın mahiyyətidir. Konkret gileylənmək istəmirəm. Amma bəzi verilişlərin aparıcılarının səviyyələri məni qane eləmir. Hər dəfə verilişə gələndə bir problemlə üzləşirəm. Bir dəfə adımı, bir dəfə soyadımı düz demirlər. Kimləsə səhv salırlar, fəaliyyətimi düzgün qeyd etmirlər. Cibimdəki pul kisəmdə olan pulları yoxlayırlar. Şəxsi həyata müdaxilə edəcək suallar verirlər. Bir sözlə ağlamağa, ağlatmağa çalışırlar. Buna görə də efirlərə getmirəm. Nə müsahibə, nə də efirlərə çıxmıram”.

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.






İlqar Xəyal buna görə efirlərə çıxmırmış
İlqar Xəyal buna görə efirlərə çıxmırmış
İlqar Xəyal buna görə efirlərə çıxmırmış
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53