""Maşın" şou: Xanımlar vs Cənablar" ikinci günü

""Maşın" şou: Xanımlar vs Cənablar" ikinci günü



Əməkdar artist Murad Dadaşovun təqdim etdiyi "Maşın" realiti-şounun ikinci günü baş tutub.


Live.az xəbər verir ki, səs verməyə çıxarılan, lakin qayda pozaraq əlini maşından çəkən Nazim Pişyari oyundan uzaqlaşdırılıb. Daha sonra iştirakçılar yenidən səsvermə ediblər. Nəticəyə görə xalq artisti Arif Quliyev səsverməyə çıxarılıb.


Aktyor öncə heç kimi oyundan çıxarmayacağını desə də, sonra fikrini dəyişib və meyxanaçı Vüqarı oyundan uzaqlaşdıracağını deyib. Daha sonra bildirib ki, qalib gəlsə belə, maşın üçün mübarizə dayandıracağını deyib.


Sonda səsvermə nəticəsinə görə, Arif Quliyev 58.64 faiz səs toplayıb və oyunda qalmağa haqq qazanıb. O, meyxanaçı Vüqarı oyundan çıxarmayıb. Kövrələn xalq artisti göz yaşlarını saxlaya bilməyib. O, özünün oyundan getmək istədiyini bildirsə də, digər iştirakçıların istəyi ilə şouda qalıb.


Qeyd edək ki, maşın üçün mübarizəni Arif Quliyev, Vüsalə Kərimova, meyxanaçı Vüqar, Tünzalə Əliyeva, Xatun Əliyeva, İlqar Mikayıloğlu, İlkin Misgərli, Ülviyyə Alovlu, Zemfira Adgözəlova, Rauf Əhmədov, meyxanaçı Samirə, Günel Ələkbərova, Talıb Taleh, Elşad Xose, Vüsalə Əlizadə, Mehriban Xanlarova davam etdirəcək.


Şounun qalibinə 60 min manat dəyəri olan avtomobil hədiyyə olunacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri