Azərbaycana daimi yaşamağa gələnlərin sayı gedənlərin sayından 2 dəfə çoxdur

Azərbaycana daimi yaşamağa gələnlərin sayı gedənlərin sayından 2 dəfə çoxdur


Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən daimi yaşamaq üçün gedənlərin sayından təxminən 2 dəfə çoxdur.

Trend-in məlumatına görə, 2016-cı ildə Azərbaycana daimi yaşamaq üçün 3233 nəfər gəlib, daimi yaşamaq üçün isə ölkədən 1711 nəfər gedib.

Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox 30-39 yaşlılar olub. 2016-cı ildə ölkəyə daimi yaşamaq üçün 30-34 yaşlı 474, 35-39 yaşlı 445 nəfər gəlib.

Ölkədən daimi yaşamaq üçün gedənlər daha çox 20-29 yaşlı gənclərdir. 2016-cı ildə Azərbaycandan 20-24 yaşlı 364, 25-29 yaşlı 357 nəfər gedib.

Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox şəhər yerlərini seçirlər. Ötən il daimi yaşamaq üçün gələnlərin 2057-i şəhərləri, 1176-sı kəndləri seçib.

Ölkədən daimi gedənlər arasında da şəhər yerləri üzrə göstərici üstünlük təşkil edir. Ötən il ölkədən daimi gedənlərin 1079 nəfəri şəhər, 632 nəfəri isə kənd sakini olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri