Fransa və Portuqaliya mundiala vəsiqə qazanıb

Fransa və Portuqaliya mundiala vəsiqə qazanıb



DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulub. Sonuncu oyun günündə A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gəlib.

A qrupunda Fransa ilk pillədə qərarlaşaraq, mundiala birbaşa yollanmaq hüququ qazanıb. İkinci yerin sahibi isə İsveç yığması olub. Onlar sonuncu turda Hollandiyaya 0:2 hesabı ilə uduzsalar da, pley-offa yüksəliblər.

B qrupunda birinci yer uğrunda mübarizə sona qədər davam edib. Yekunda İsveçrəni 2:0 hesabı ilə üstələyən Portuqaliya millisi dünya çempionatının final mərhələsinə birbaşa yollanacaq komanda adına yiyələnib. İsveçrə isə qrup ikincisi kimi pley-offda iştirak edəcək.

H qrupunun birincisinin Belçika yığması olacağı əvvəldən məlum idi. İkincilik uğrunda mübarizədə isə Yunanıstan üstün tərəf olub və pley-offa qatılmaq hüququna yiyələnib.



DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
X tur

A qrupu
Hollandiya - İsveç - 2:0
Qollar: Robben, 15 (pen.), 40
Fransa - Belarus - 2:1
Qollar: Qrizmann, 27; Jiru, 33 - Saroka, 44
Lüksemburq – Bolqarıstan - 1:1
Qollar: Till, 3 - Çoçev, 68

B qrupu
Portuqaliya - İsveçrə - 2:0
Qollar: Curu, 41 (avtoqol); Andre Silva, 57
Macarıstan - Farer adaları - 1:0
Qol: Bode, 81
Latviya – Andorra - 4:0
Qollar: İkaunieks, 11; Sabala, 19, 59; Tarasovs, 63

H qrupu
Yunanıstan - Cəbəllütariq - 4:0
Qollar: Torosidis, 32; Mitroğlu, 61, 63; Canniotas, 78
Estoniya - Bosniya və Herseqovina - 1:2
Qollar: Antonov, 75 - Hayroviç, 48, 84
Belçika - Kipr - 4:0
Qollar: Azar, 12, 52, 62 (pen.); Lukaku, 78



APA
Şərhlər
İdman bölməsinin xəbərləri