DÇ-2018: Azərbaycan millisi Almaniyaya böyük hesabla məğlub olub

DÇ-2018: Azərbaycan millisi Almaniyaya böyük hesabla məğlub olub



DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start verilib. 3 qrupda qarşılaşmalara yekun vurulub.

Azərbaycan millisinin də yer aldığı C qrupunda da son görüşlər baş tutub. İlk iki yerin sahibi müəyyənləşdiyindən X tur formal xarakter daşıyıb.

Robert Prosineçkinin yetirmələri qrupdakı son matçını səfərdə keçirib. Yığmamız Almaniya ilə qarşılaşıb və 1:5 hesablı darmadağına üzülüb.

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
X tur, 8 oktyabr

Almaniya – Azərbaycan - 5:1
Qollar: Qoretzka, 9, 66, Vaqner, 55, Rüdiger, 64, Emre Can, 81 - Ramil Şeydayev, 34
Şərhlər
İdman bölməsinin xəbərləri