Bakıda keçirilən qadın voleybolçular arasında AÇ-nin finalçıları bəlli oldu

Bakıda keçirilən qadın voleybolçular arasında AÇ-nin finalçıları bəlli oldu



Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin oyunları keçirilib.

12 il əvvəlki rekordu təkrarlamaqla bu mərhələyə yüksələn yığmamız yeni rekord üçün Hollandiya millisi ilə üz-üzə gəlib.

Gözlənildiyi kimi gərgin keçən qarşılaşma millimizin məğlubiyyəti ilə yekunlaşıb. İlk setdə üstün olan komandamız 25:20 hesabı ilə qalib gəlib. Sonrakı iki hissə isə rəqibin üstünlüyü ilə başa çatıb. Dördüncü setdə möhtəşəm əzmkarlıq göstərən komandamız hesabı bərabərləşdirməyə nail olsa da, yekunda daha təcrübəli olan hollandiyalılar tay-brekdə qalib gələrək adlarını finala yazdırıblar.

Yarımfinalın digər cütündə isə son Avropa çempionu Rusiyanı mübarizədən kənarlaşdıran Türkiyə yığması yarışın əsas favoriti Serbiya ilə üz-üzə gəlib. Qrup mərhələsində uğursuz çıxışından sonra öz oyununu tapan “ay-ulduzlular”ın qarşılaşmada məğlubiyyətlə barışmalı olublar.

Bürünc medal uğrunda yığmamız Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının mükafatçılarının adına sabah aydınlıq gələcək.


Avro-2017
Yarımfinal mərhələsi
30 sentyabr

Hollandiya - Azərbaycan - 3:2 (20:25; 25:19, 25:19, 25:27, 15:12)

Serbiya – Türkiyə - 3:0 (25:17, 25:12, 25:21)
Şərhlər
İdman bölməsinin xəbərləri