DTX rəisi: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub

DTX rəisi: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub



“Uşaqların da ölməsi faktları var”


"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev deyib.

M. Quliyev bildirib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.


***


Mədət Quliyev: 900 azərbaycanlı İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir

Ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub.

Bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib.

M. Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.





APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri