Aşıq Samirədən fərqli ifa

Aşıq Samirədən fərqli ifa



Azərbaycanın əməkdar mədəniyyət işçisi Aşıq Samirə yaradıcılığında yenilik edib.

Live.az-a açıqlama verən ifaçı bildirib ki, “Unuda bilmirəm” tamaşasında səslənən “Sədaqətimdir” adlı mahnını oxuyub: “Bu mahnını bir layihə kimi təqdim edirəm. Düşünürəm ki, maraqla qarşılanacaq”.

Onu da əlavə edək ki, “Unuda bilmirəm” tamaşasında “Sədaqətimdir” mahnısını xalq artisti Amaliya Pənahova səsləndirib. Aşıq Samirə xalq artistinin ifasında bu mahnını eşidib və öz repertuarına daxil etmək qərarına gəlib.

Qeyd edək ki, “Sədaqətimdir” adlı bəstənin sözləri İlyas Əfəndiyev, musiqisi Emin Sabitoğlu, aranjimanı Taleh Ağayevindir. Video-roliki videoqraf Rövşən lentə alıb.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53