Faiq Ağayev saçını rəngləyən kişi həmkarlarını müdafiə etdi

Faiq Ağayev saçını rəngləyən kişi həmkarlarını müdafiə etdi



“Mən saçıma boyanı vurdurandan sonra Faiq Ağayevliyimi itirmirəm”.


Live.Az-ın məlumatına görə, bu sözləri APA TV-nin “Show time” verilişində qonaq olan Xalq artisti Faiq Ağayev deyib. O, plastik əməliyyat keçirdiyinə, saç rənglədiyinə görə tənqid olunan kişi müğənnilərimizin müdafiəsinə qalxıb: “Təzyiqlər görmüşəm. Daha sonra təzyiqləri edənlər öz səhvlərini anlayıblar. İncəsənət tam başqa bir sahədir. Biz daha qabarıq, daha rəngarəng olmalıyıq. Səhnə cavanlığı sevir. Bizim tamaşaçıların, əhalinin mühafizəkar hissəsi var. Onlar dəyişikliklərə yox deyirlər. Bax, onların xoşuna gəlmək üçün deyirlər. Tutalım ki, sən mentallığa uyğunsan, bəs sənin oxuduğun nədir? Bir qəpik qiyməti də yoxdur. Səhnə geyimin, səhnə danışığın sıfırdır. Mentallığı sənətlə bağlamaq olmaz. Məsələn, sırğa. Siz Babəkin, peyğəmbərin, imamların şəklinə baxın. Kim bunu deyirsə, sənətə səhv gəlib”.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53