SOCAR-ın işçilərinin sayı açıqlanıb

SOCAR-ın işçilərinin sayı açıqlanıb



2017-ci ilin avqustun 1-nə olan məlumata görə, SOCAR-da 50,4 min nəfər işçi çalışır ki, onlardan 69%-i (34,9 min nəfər) fəhlə, 31%-i (rəhbər - 5,9 nəfər, mütəxəssis - 9,3 min, texniki icraçı - 0,3 nəfər) isə qulluqçulardır.

Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

Onun sözlərinə görə, son 23 il ərzində işçilərin ümumi sayında ali təhsillilərin sayı 16%-dən 33%-ə qalxıb və 2017-ci ilin avqustun 1-nə kimi SOCAR ali təhsillilərin sayı 16,6 min nəfər təşkil olub. "29 yaşa qədər işçilər 9,9% (5 min nəfər, onlardan 4,5 min nəfəri kişi, 500 nəfəri qadın) təşkil edir. Şirkətin müəssisə və təşkilatlarında 260-dan çox elmlər və fəlsəfə doktoru çalışır", - deyə X. Məmmədov qeyd edib.

Vitse-prezident bildirib ki, 1995-ci ilin yanvarın 1-dək SOCAR-da 77 mindən çox işçi çalışıb, onların 72%-i fəhlə, 24%-i rəhbər işçi və mütəxəssislər idi. "Qeyd etmək lazımdır ki, xarici neft şirkətləri ilə aparılan layihələr ilə əlaqədar SOCAR-ın minlərlə təcrübəli mütəxəssis və fəhləsi fəaliyyətini davam etdirib", - deyə o əlavə edib.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri