Ələt-Astara yolunda qəzada ölənlərin sayı 5 nəfər çatıb [Yenilənib]

Ələt-Astara yolunda qəzada ölənlərin sayı 5 nəfər çatıb [Yenilənib]




Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın verdiyi məlumata görə, bununla qəzada ölənlərin sayı 5 nəfərə çatıb. Hadisə nəticəsində ölənlər Lənkəranın Gərmətük kənd sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyev, Kosalar kənd sakinləri - Əhmədov Mahir Bəşir oğlu, qohumu İlhamə Kazımova və onun anası Pəri Əhmədovadır.


***


Biləsuvarda baş verən ağır qəzada ölənlərdən iki nəfərin adı məlum olub.


Onlar Lənkəran sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyevdir. Ölən digər iki nəfərin və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.


***


Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub.


Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.


*****


Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib.

Hadisənin təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.



APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri