Bostonda müstəntiqlər yaralı Tsarnayevin özünə gələcəyi anı gözləyirlər

ABŞ-da yüksək vəzifəli istintaq qrupu Boston marafonu partlayışına görə şübhəli sayılan sağ qalmış şəxsin soğrğu-sual etmək imkanının yaranacağını gözləyir.

19 yaşlı Cövhər Tsarnayev ağır yaralanmış halda cümə günü axşam polis tərəfindən aşkar edilərək həbs edilmişdir.

Cövhər Tsarnayev ciddi yaralnmış halda gücləndirilmiş polis qüvvələrinin genişmiqyaslı axtarış əməliyyatından sonra evlərdən birinin arxa həyətində tapılmışdır.

Boston hospitalında Cövhər Tsarnayev hazırda silahlı mühafizə altında qalmaqdadır.

Massaçusets qubernatoru Deval Patrick deyib ki, Tsarnayevin vəziyyəti sabitdir lakin hələlik onunla ünsiyyət saxlamaq mümükün deyil.

Onun qardaşı Tamerlan polislə atışmadan sonra həlak olub.

Cövhər Tsarnayevin cümə günü axtarışı 10 saatdan çox davam edib, axtarış əməliyyatında minlərlə silahlanmış polis iştirak edib.

Digər şübhəli, Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayev polislə atışma zamanı öldürülüb.

Bazar ertəsi marafonun finiş xətti yaxınlığında partlayış nəticəsində üç nəfər ölüb, 170-dən çoxu yaralanmışdı.



BBC
Şərhlər
Dünya bölməsinin xəbərləri