"Mercedes"in pilotu Hemilton Sinqapur Qran Prisinin qalibi olub

"Mercedes"in pilotu Hemilton Sinqapur Qran Prisinin qalibi olub


"Mercedes" komandasının pilotu Lyuis Hemilton Sinqapur Qran Prisinin qalibi olub.

Yarışı ikinci yerdə "Red Bull" komandasının pilotu Daniel Rikyardo, üçüncü yerdə isə "Mercedes"in pilotu Valtteri Bottas başa vurublar.

Yağış və çox saylı qəzalara görə, yarış 61 dövrə əvəzinə 58-ci dövrədə bitib.

14 mərhələdən sonra Hemilton 263 xalla liderlik edir. İkinci yerdə 235 xal ilə Sebastyan Fettel qərarlaşıb.
Şərhlər
İdman bölməsinin xəbərləri