Damla narkoman olması ilə bağlı iddiaya cavab verdi

Damla narkoman olması ilə bağlı iddiaya cavab verdi



ARB TV-də yayımlanan "Günə davam" verilişində qonaq olan müğənni Damla haqqında yayılan narkoman xəbərinə aydınlıq gətirib.


O, bunun ifaçıya qarşı olan qara piar adlandırıb:


"Əgər Damla narkomandırsa, ayın 24 günü toya necə gedir? Bu yay boyu bölgələrdə silsilə konsertlərlə çıxış etmişik. Ansamblımla bərabər 2-3 saat dayanmadan çıxış etmişik. Narkoman yatmadan, dincəlmədən necə məclis apara bilər? Bu mənə qarşı qara piardır. Toy bazarıma zərbə vurmaq istəyirlər".


Qeyd edək ki, bir müddət öncə müğənninin narkotik istifadəçisi olması ilə bağlı xəbərlər yayılmışdı.



Milli.Az, publika.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri