Malayziyada dini məktəbdə güclü yanğın olub, azı 25 nəfər ölüb

Malayziyada dini məktəbdə güclü yanğın olub, azı 25 nəfər ölüb



Malayziyanın paytaxtı Kuala-Lumpurda dini məktəbdə güclü yanğın baş verib.

APA-nın “thestar.com.my” saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 25 şagird və müəllim yanaraq ölüb.

Məlumata əsasən, müsəlman məktəbində yanğın yerli vaxtla saat 05:00 radələrində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, hazırda xilasedici əməliyyat davam edir. Məktəbdə baş verən yanğının səbəbi hələ ki, məlum deyil.

Hazırda Malayziyada 519 özəl müsəlman məktəb mövcuddur. Onların əksəriyyətinin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilir. Faciə ilə əlaqədar Malayziyanın baş naziri Nəcib Rəzzak ölənlərin yaxınlarına baş başsağlığı verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri