Afaq Aslan aparıcılığa başlayır

Afaq Aslan aparıcılığa başlayır




Azərbaycanlı müğənni Afaq Aslan Türkiyədə aparıcılıq edəcək.


Bu barədə live.az-a ifaçı özü məlumat verib. O, bildirib ki, bu sahədə də özünü sınayacaq: “Bildiyiniz kimi mənim Türkiyənin məşhur şirkətlərinin biri ilə müqaviləm var. Yəni yaradıcılığımla bağlı bütün detalları onlar həyata keçirir. Bir müddət öncə Türkiyədə Rəcəb Taib Ərdoğana dəstək kampaniyasında iştirak etdim. Demək olar ki, həmin ərəfədə Türkiyənin ən öndəgedən telekanalları, saytları məndən yazdı. Onların marağını çəkdiyim üçün çox xoşbəxt oldum. Elə həmin ərəfədə də aparıcılıq təklifi aldım. Bütün bu işlərlə müqaviləm olduğum şirkət məşğuldur. O üzdən daha ətraflı açıqlama verə bilmərəm. Bircə onu deyə bilərəm ki, mən tərəfdən razılıq verilib”.


A.Aslan onu da əlavə edib ki, bu mövsüm yaradıcılığına fasilə verməyəcək: “Mən hər zaman yeni proyektlər edib, kənara çəkilmişəm. Amma bu mövsüm belə olmayacaq. Bu il mənim olacaq. Hər bir işim kimi yeni layihələrim də hər kəsin ağzına söz salacaq. Amma onu deyim ki, bir insanı müzakirə etmirlərsə, demək ki, o ölüb. Mən hələ ölməmişəm, müzakirə etsinlər”.


Qeyd edək ki, A.Aslan yeni fotosessiyasını da təqdim edib.


Afaq Aslan aparıcılığa başlayır
Afaq Aslan aparıcılığa başlayır
Afaq Aslan aparıcılığa başlayır
Afaq Aslan aparıcılığa başlayır
Afaq Aslan aparıcılığa başlayır
Afaq Aslan aparıcılığa başlayır
Afaq Aslan aparıcılığa başlayır
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri