Qurban Qurbanov: "Səhvlərimiz üzərində işləyəcəyik"

Qurban Qurbanov: "Səhvlərimiz üzərində işləyəcəyik"



“Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq. “Çelsi”nin gücü hər kəsə məlumdur”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşan Azərbaycan çempionu 0:6 hesabı ilə məğlub olub.

Matçdan sonra təşkil olunan mətbuat konfransında təcrübəli çalışdırıcı fikirlərini bölüşüb: “Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olması ilə bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.



APA
Şərhlər
İdman bölməsinin xəbərləri