Lənkəranda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb

Lənkəranda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb



Lənkəranda toyda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.


Toyda Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyevlə həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında mübahisə yaranıb.


Nəticədə H.Mirzəyev əlindəki şüşə butulka ilə R.Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib. Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. Insidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.


Faktla bağlı araşdırma davam etdirilir.

***


Lənkəranda toyda kütləvi dava olub, xəsarət alanlar var.


Hadisə Lənkəranın Vilvan kəndində, şadlıq saraylarının birində qeydə alınıb.


Qohumlar arasında baş verən davanın səbəbləri hələ ki, məlum deyil. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.


APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri