Zaurdan Günaya ad günü sürprizi

Zaurdan Günaya ad günü sürprizi



Bu gün ATV-nin aparıcısı Günay Baxşəliyevanın ad günüdür.


Zaur Baxşəliyev Günay üçün sürpriz hazırlayıb və həmin an lentə aldığı videonu və ürək sözlərini sosial şəbəkədə yazıb:


"Həyatımın mənası, indi səninlə üz-üzə oturmuşam. Oturduğumuz kafedə ayrılıq mahnısı səslənir. Həyatımda hər şeyi düşünə bilərəm, amma ayrılığı heç bir zaman. Bilmirəm yollarımız niyə kəsişdi, niyə mən sənin, sən də mənim yanımdasan. Buna qismət, ya da zərurət deyim. Məni bu qədər anlayıb, içdən başa düşən ikinci bir insanın olmasını ağlıma belə gətirə bilmirəm.

Bəlkə səni bilərəkdən və ya bilməyərəkdən çox incitmişəm, qəlbinə dəymişəm, amma içimdə həmişə səni hədsiz sevdiyimi hiss etmişəm. Çox sağ ol ki, mənə hər zaman anlayışlı yanaşmısan.

Sənsiz çox az yerdə olmuşam, amma hər getdiyim yerdə bir boşluq hiss etmişəm. "Kaş sən də burada olaydın" demişəm. Hərdən tək qalmaq istəmişəm, buna etiraz etməmisən. Bil ki mən heç vaxt tək qalmamışam, sənu düşünmüşəm. Həmişə yanımda ol, bu mənə yetər. Mənə etdiyin ən böyük hədiyyənin - qızımızın qarşılığında bilmirəm sənə nə hədiyyə edim.

Sən mənim arzuladığım qadınsan. Həyatımız hamar deyil, amma əsas odur ki, bu nahamarlıqda biz rahat yeriyə bilirik".






Zaurdan Günaya ad günü sürprizi
Zaurdan Günaya ad günü sürprizi

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53