"Gelandawagen"lə qəza törədən məmur nəvəsi danışdı

"Gelandawagen"lə qəza törədən məmur nəvəsi danışdı



Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobillə qəza törətmiş Nail Allahverdiyevin istintaqa verdiyi ifadəsi məlum olub.

Report xəbər verir ki, N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.

Bundan başqa, N.Allahverdiyev, barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməkdən imtina edib. O, barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.

Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri