Sabah yağıntılı və qeyri-sabit hava şəraiti davam edəcək

hava Həftənin ilk iş günü Azərbaycanda yağıntılı və qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentyindən Trend-ə bildiriblər ki, aprelin 22-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə uzunmüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 5-9°, gündüz 11-16° isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 22-də arabir yağıntı olacağı gözlənilir.

Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə sulu qar yağacaq.

Dağlarlda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri