DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi rəqibini darmadağın edib və rekorda imza atıb

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi rəqibini darmadağın edib və rekorda imza atıb



Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb. Görüş doğma meydanda baş tutub.

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından darmadağınla çıxıblar. Millimiz səfərdə minimal hesabla məğlub etdiyi rəqibi Bakıda 5 topa "qonaq edib".

Komandamız cırtdan ölkə təmsilçisi üzərində qələbə qazanaraq tarixinin rekorduna imza atıb. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

DÇ-2018 seçmə mərhələsi
C qrupu
VIII tur
4 sentyabr

Azərbaycan – San Marino - 5:1
Qollar: Əfran İsmayılov, 20, 57, Araz Abdullayev, 25, Cevoli, 71 (öz qapısına), Rəşad Sadıqov, 81 - Palazzi, 74




APA
Şərhlər
İdman bölməsinin xəbərləri