“Qarabağ” Yunanıstandan futbolçu transfer edir

“Qarabağ” Yunanıstandan futbolçu transfer edir



Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirməyə hazırlaşır. Live.az xəbər verir ki, bunu APA Yunanıstan mətbuatına istinadən yazır ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrike ilə anlaşıb.

Klublar arasında uzun müddətdi aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. PAOK 27 yaşlı “sambaçı”nı satmağa çalışsa da, “Qarabağ” yunanlarla icarə məsələsində ortaq məxrəcə gəlib. Gün ərzində Pedronun keçidinin açıqlanması gözlənilir.

Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il “Renn” klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər
İdman bölməsinin xəbərləri