Xaçmazda ağır yol qəzası baş verib, ölənlər var

Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, aprelin 20-dən 21-nə keçən gecə saatlarında Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

1984-cü il təvəllüdlü Xaçmaz rayonu Yergüc kənd sakini Həmidov Dəyanət Nüsrəddin oğlunun idarə etdiyi "VAZ 2109" markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişin 1985-ci il təvəllüdlü Xudat şəhər sakini Lednejova Pərvanə Tehran qızı hadisə yerində dünyasını dəyişib.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri