Rusiyada avtobus dənizə düşüb, 14 nəfər ölüb

Rusiyada avtobus dənizə düşüb, 14 nəfər ölüb



Rusiyanın Krasnodar vilayətində avtobusun Qara dənizdə Kerç boğazına aşması nəticəsində 14 nəfər ölüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha 20 nəfər xilas edilib, onlardan 4-ü ağır vəziyyətdədir.

Avtobus “Tamannefteqaz” şirkətinin işçilərini növbədən evlərinə qaytararırmış.

Avtobusun hansı səbəbdən dənizə düşməsi məlum deyil.
Şərhlər
Hadisə bölməsinin xəbərləri