"Qarabağ" azarkeşlərə müraciət edib

"Qarabağ" azarkeşlərə müraciət edib


Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" azarkeşlərə səslənib.


Ağdam klubu rəsmi feysbuk səhifəsində müraciət yerləşdirib.


Müraciətdə azarkeşlərdən "Qarabağ"ın qrupda qarşılaşacağı komandaların sosial şəbəkələrdəki hesablarında təhqirlərə yol verməməsi xahiş olunub: "Xahiş edirik ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq.


Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq”.



Live.az
Şərhlər
İdman bölməsinin xəbərləri