Bakının Heydər Əliyev prospektində “Prado” aşıb

Bakının Heydər Əliyev prospektində “Prado” aşıb



Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.



Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirilib. Məlumata əsasən, bir qədər əvvəl Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası istiqamətində əsas yolda “Prado” markalı nəqliyyat vasitəsi aşıb.



Hazırda prospektin həmin hissəsində sıxlıq var.



APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri