Toy karvanındakı maşın 4 qonağı vurdu
- 21.08.2017, 20:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 qonağını vuraraq hadisə yerindən qaçıb.
Live.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində baş verib.
Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, "VAZ 2106" markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.
Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər -1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.