İspaniyada kütlənin üstünə sürülən mikroavtobusun sürücüsü öldürülüb

İspaniyada kütlənin üstünə sürülən mikroavtobusun sürücüsü öldürülüb




İspaniyanın Barselona şəhərində kütlənin üstünə sürülən mikroavtobusun sürücüsü polislər tərəfindən öldürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, mikroavtobusun sürücüsü Mərakeşli Mussa Ukabir olub.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri