Lerikdə nadir tapıntıların oğurlanması faktına görə cinayət işi başlanıb

Lerikdə nadir tapıntıların oğurlanması faktına görə cinayət işi başlanıb



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Lerik rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb.

Başlanmış cinayət işi üzrə kənd sakinləri və qazıntı işlərini həyata keçirən şəxslər dindirilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ərazidəki qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.

Bir neçə gün əvvəl 8 ədəd nadir tapıntı həmin ərazidən oğurlanıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57
Hadisə bölməsinin xəbərləri