Göygöldə qətl: İki qadın xqətlə yetirildi

Göygöldə qətl: İki qadın xqətlə yetirildi
Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub.


Live.Az-ın APA-ya istinadən məlumatına görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.


Məlumata görə ailənin iki övladı var.


Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


***


Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Live.Az-ın APA-ya istinadən məlumatına görə, öldürülən qadınların ana və qızı olduğu məlum olub.

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

*** 20:05

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.

Live.Az-ın Report-a istinadən məlumatına görə, onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

*** 19:00

Göygöldə iki qadın qətlə yetirilib.

Live.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Göygöl rayonunda qətl hadisəsi baş verib.

Live.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.

Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri