“Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”ə qalib gəlib

“Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”ə qalib gəlib



Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start verilib.


Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmizi qitənin ən nüfuzlu klub turnirinin bu raundunda təmsil edən “Qarabağ” qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşüb. Bakıda Danimarka təmsilçisi ilə baş tutan ilk matç “Qarabağ”ın 1:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.




Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
15 avqust

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Mahr Mədətov, 25

Baş hakim: Paolo Taqliavento
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri