Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb



Bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1567,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 7,8% azalıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 8,2% (353,8 min ton), yanacaq mazutunun istehsalı 39,9% (243,8 min ton), dizel yanacağının istehsalı 16,8% (1 mln. 125 min ton) azalıb. Avtomobil benzininin (730,1 min ton), sürtkü yağlarının (19,5 min ton), neft bitumunun (103,4 min ton) və neft koksunun (128,4 min ton) istehsalı isə artıb.

Hesabat dövründə 730,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 7,2% çoxdur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri