Bahh Tee və Alim Qasımov Bakı haqqında oxudular

Bahh Tee və Alim Qasımov Bakı haqqında oxudular



Rusiyada yaşayan və Bahh Tee ləqəbi ilə tanınan azərbaycanlı müğənni Bəxtiyar Əliyev bu gün rəsmi “YouTube” kanalında yeni klipini təqdim edib.


Reper “Baku” adlı mahnını dünya şöhrətli azərbaycanlı xanəndə Alim Qasımovla birgə ifa edib.


Ekran işində Azərbaycanın məşhur simaları - Ədalət Şükürov, Murad Dadaşov, Bəhram Bağırzadə, Elmir Məhərrov (L-mir), Samir Ələsgərov, Pərvanə Talıbzadə və digərləri çəkilib.


Mahnının sözləri Bəxtiyar Əliyev (Bahh Tee), Alim Qasımov, musiqisi Bəxtiyar Əliyev (Bahh Tee), Roman Bakşinindir (Hann).


Klipin rejissoru Emin Muradovdur.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri