Misirdə iki sərnişin qatarı toqquşub, 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb

Misirdə iki sərnişin qatarı toqquşub, 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb



Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.


Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri